Tehran Əlişanoğlu: Yeni nəsil tənqidi
Yazar: cabbarlinergiz @ Noyabr 10, 2008 13:49
ELÇİN MİRZƏBƏYLİ:Saxtalaşdırılmamış səmimiyyət,Yaxud üç kitab - tək Söz
Yazar: cabbarlinergiz @ Avqust 2, 2008 9:27
Elçin Mirzəbəyli
NƏRİMAN ƏBDÜRƏHMANLI:«Yazmaqdan başqa yol yoxdu» Ədəbiyyatda intiharın anatomiyası
Yazar: cabbarlinergiz @ İyun 19, 2008 1:05
«…Həyatdakı intiharla ədəbiyyatdakı intihar arasında oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə hər şey maraqdan başlayır. Sonra isə… Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər…»
Bu sitat artıq imzası ictimaiyyətə yetərincə tanış olan publisits, tənqidçi, tərcüməçi Nərgiz Cabbarlının «Ədəbiyatdan intihara» kitabındandı. Kitab haqqında yazmaya bilmədim., bunun da iki, daha doğrusu üç səbəbi var.
Əvvəla, Nərgic Cabbarlı mənim bəlkə də on il qabaq görmək istədiyim, amma vaxt tapıb görə bilmədiyim işi gördü, yaxşı mənada məni qabaqladı. Vaxtilə «Rezonans», sonra «Azadlıq», «Hürriyyət», «Avropa» qəzetlərində bu mövzuda bir silsiləli yazılar yazmışam, Ernest Heminquey, Vladimir Mafakovski, Yükoi Misma, Aleksandır Fadayevin… əbədi, həm də fiziki intiharını çsmağa çalışmışam, sonra həmin yazıları bir kitabada birləşdirməyi arzulamışam.
İkincisi, Nərgiz Cabbarlının demək olar, əksərin mətbuatdan oxuduğum bu yazılarını ədəbi kuluarlarda «tərcümə» adlandıranların insafsızlığını etirazımı bildirirəm. Rus ədəbiyyatında «pereskaz» adlanan bir janr var, bu janır oxuduqlarını, eşitdiklərini öz duyğularının süzgəcindən keçirib oxucuya yeni biçimdə təqdim eləməkdir. Təəssüflər olsun ki, bu janr bizdə hələ yetərincə formalaşmayıb, hələ heç adı da məlum deyil. Amma artıq xeyli örnəklər yaranıb: Əlisa Nicatın filosoflar, Şakir Yaqubovun dünya futbol ulduzları, Məmməd Süleymanovun müstəbid hökmdarlar, Yaşarın dünyanın ən məşhur zindanları və məhbusları… barədə portretləri həmin janrın get-gedə özünə yer tapdığını sübut eləyir. Nərgiz Cabbarlının yazıları da tərcümə yox, yetərincə istedadla qələmə alınmış yazılardı.
ƏBÜLFƏT MƏDƏTOĞLU:«ƏDƏBİYYATDAN İNTİHARA»
Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:24
Öncə onu deyim ki, istənilən qələm adamının özündən öncəki və öz dövrünün söz-sənət dünyasının istər sıra nəfəri, istər önəmli nümayəndələri haqqında nəsə yazması və bunu bəzən də cilid-cilid kitablara çevirməsi o qədər də asan iş deyil. Çünki bu qəbildən olan yazılarda təkcə ədəbiyyat adamı haqqında söz yazan özü deyil, həm də haqqında yazdığı insanın, yəni tədqiqat ünvanının özü belə oxucu ilə üz-üzə qalır. Bir az da fikrimi açıqlasam, oxucu eyni anda iki müəlliflə - bir yazan, bir də barəsində yazılanla təmasda olur. Bu isə çox böyük məsuliyyətdi.
CAVANŞİR YUSİFLİ: YENİ NƏSİL TƏNQİDÇİSİ
Yazar: cabbarlinergiz @ İyun 7, 2008 11:03
Tənqidçi Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı» kitabı onun ədəbi bioqrafiyasında göstərici addımlardan biri olmaqla bir sıra məqam və cəhətləri ilə diqqəti çəkir. Nərgiz Cabbarlının tənqidi mətninin özünəməxsus təhkiyə strategiyası mövcuddur. Bu mətnin ekspozisiya hissəsi qısadır, mətləbə keçid - mətləbə köklənmək cəhdinin xarakteri ilə reallaşır və «vaxt itirmədən» baş tutur. Bu strategiya bəzən onun yazdığı mətnin spesefik leksikonuna da təsirsiz qalmır, terminologiya aparatı sıfır həddinə qədər aradan qalxır, ünsiyyət, kommunikasiya təşəbbüsü aktuallaşır. Nərgiz bütün məqalələrində yazdığı mətləblə özü arasında dialoq qurmağa çalışır, müəyyən məqamlarda buna nail olur, o, bəhs etdiyi yeni nəslin yaaradıcılığından ümumən danışmağı xoşlamır, hər passajda xeyli hadisə sırasını ixtisara salır, bütün diqqətini yalnız spesefik cəhətlərin və ayrıntıların üzərində qurmağa çalışır. O, janr, növ, şəkil... haqqında bu qəliblərin içinə oturulan nümunələr haqqında özünəməxsus mövqe seçərək bəhs edə bilir. Bu məqalələrin bir neçəsini müəyyən ardıcıllıqla izlədikdə görmək olar ki, tənqidçi üçün əsas olan predmetlə müəyyən məsafənin qorunub saxlanmasıdır. Söhbət şeirdən gedirsə müəllif bu şeiri formalaşdıran bütün estetik ərazini, müəlliflərin fərqli və dözümlü sifət cizgilərini təkcə küll halında deyil, həm də bir-birləri ilə qarşılıqlı təmasda götürür. Nərgiz hər bir müşahidəsində, məqalə və tədqiqatında əsasən iki göstəricini qabardır, birincisi, istər poeziya, istərsə də nəsr nümunəsindən danışdıqda çalışır ki, təhlillərdə təfəkkürün, araşdırmanın hərəkəti hiss edilsin, əsasən leksikonda əyaniləşən , guya nə isə aydınlaşdırmağa, kəşf etməyə... yönələn, əslində isə fikir dolaşıqlığından başqa bir şeyə yaramayan «oyun ərazisinə» girmir.


