Reklam verin!

«TANRI DƏRGAHINA IMƏKLƏYƏN SUALLAR»

Yazar: cabbarlinergiz @ İyun 25, 2008 16:43

«Şair kimi təqlid edir?
Yalnız öz içini...»

Hərdən tənqidçiləri, publisistləri və ümumiyyətlə, «söz haqqında söz yazmağı və söz üzərində gəzişmələr etməyi» sevənləri (bunu bir dəfə şairlərdən biri mənim yazılarım haqqında söyləmişdi... deməli, həm də özümü) cığallıqda günahlandırıram. Bilirsiniz, niyə? Ona görə ki, kiminsə uğurlu bir fikri, uğurlu bir tapıntısı belə adamların uğurlu bir yazısı üçün səbəb - stimul rolunu oynayır.
Amma bir çoxları buna qibtə də edə bilər... Necə adi bir misra fikir axınının ağzını açır, necə bir misradan yapışan insan öz içində qıvrılan fikir burulğanının dərinliklərinə enməyi bacarır, və ən nəhayət, içindəki hay-küyü, təlatümü sakitləşdirdidikdən sonra o misranı, o ifadəni minnətdarlıqla xatırlaya bilir....
Əslində, bütün söz sənəti (elə sənətin digər sahələri də) bunun üzərində qurulur. Hər axının bir başlanğıcı olur. Deməli, istənilən istedadlı insanın beynində, ürəyində yığılıb qalmış duyğuların, düşüncələrin, qənaətlərin, emosiyaların, məntiqi nəticələrin ortaya atılması - yazıya, bir kitaba, bir əsərə çevrilməsi üçün bir misra, bir əsər, bir kitab və ya bir yaradıcılıq bəhanə ola bilər. Olur da... o enerjinin təsiri altına düşüb yazmaq - içini kağıza boşaltmaq istəyirsən. Söz donunda bir bəhanə kifayət edər ki, nələrdənsə qurtulasan. Sadəcə, bəzi hallarda bu başlanğıc - səbəb özünü gizlədir (məqsədlli və ya məqsədsiz), bəzi hallarda isə əksinə...
Bu kitabda olduğu kimii...
Tənqidçi,filologiya elmləri namizədi Cavanşir Yusiflinin «Azərbycan poeziyasında Əli Kərim mərhələsi» kitabını nəzərdə tuturam...

Davamı...

NƏRİMAN ƏBDÜRƏHMANLI:«Yazmaqdan başqa yol yoxdu» Ədəbiyyatda intiharın anatomiyası

Yazar: cabbarlinergiz @ İyun 19, 2008 1:05

004«…Həyatdakı intiharla ədəbiyyatdakı intihar  arasında oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə hər şey maraqdan başlayır. Sonra isə… Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər…»
Bu sitat artıq imzası ictimaiyyətə yetərincə tanış olan  publisits, tənqidçi, tərcüməçi Nərgiz Cabbarlının «Ədəbiyatdan intihara» kitabındandı. Kitab haqqında yazmaya bilmədim., bunun da iki, daha doğrusu üç səbəbi var.
Əvvəla, Nərgic Cabbarlı mənim bəlkə də on il qabaq görmək istədiyim, amma vaxt tapıb görə bilmədiyim işi gördü, yaxşı mənada məni qabaqladı. Vaxtilə  «Rezonans», sonra «Azadlıq», «Hürriyyət», «Avropa» qəzetlərində bu mövzuda bir silsiləli yazılar yazmışam, Ernest Heminquey, Vladimir Mafakovski, Yükoi Misma, Aleksandır Fadayevin… əbədi, həm də fiziki intiharını çsmağa  çalışmışam, sonra həmin yazıları bir kitabada birləşdirməyi arzulamışam.
İkincisi, Nərgiz Cabbarlının demək olar,  əksərin mətbuatdan oxuduğum bu yazılarını ədəbi kuluarlarda «tərcümə» adlandıranların insafsızlığını  etirazımı bildirirəm.  Rus ədəbiyyatında «pereskaz» adlanan bir janr var, bu janır oxuduqlarını, eşitdiklərini öz duyğularının süzgəcindən keçirib oxucuya yeni biçimdə təqdim eləməkdir. Təəssüflər olsun ki, bu janr bizdə hələ yetərincə formalaşmayıb, hələ heç adı da məlum deyil. Amma artıq xeyli örnəklər yaranıb: Əlisa Nicatın filosoflar, Şakir Yaqubovun dünya futbol ulduzları, Məmməd Süleymanovun müstəbid hökmdarlar, Yaşarın dünyanın ən məşhur zindanları və məhbusları… barədə portretləri həmin janrın get-gedə özünə yer tapdığını sübut eləyir. Nərgiz Cabbarlının yazıları da tərcümə yox, yetərincə istedadla qələmə alınmış yazılardı.

Davamı...

PSİXOLOGİZMƏ MEYLİN NƏTİCƏLƏRİ-2

Yazar: cabbarlinergiz @ İyun 19, 2008 0:49

İkinci bölgüdən danışarkən realist üslubda yazılmış əsərlərin adlarını çəkməliyik ki, bunlar arasında tarixi romanlar – bir hissəsi ötən il çap edilmiş Sabir Rüstəmxanlının «Ölüm zirvəsi» romanı, İsa Muğannanın ötən əsrin sonlarında ölkəmizdə baş verən hadisələrdən, siyasi çevrilişlərdən, müharibədən və bu müharibənin bir nəslin, bir tayfanın – muğannalıların taleyi fonunda təsvirindən söhbət gedir.
Xatırladaq ki. Qarabağ mövzusu yenə də aktual olaraq qaldı və Rafiq Səməndərin «On dörd il sonra» sənədli povesti də bu mövzuda yazılmış əsərlərdən idi.
Onu da qeyd edək ki, Qarabağ savaşı ilə bağlı son illər yaranan əsərlər sırasında sənədlər və faktlar üzərində qurulanlar üstünlük təşkil edib. Onların sırasında bu əsər də məhz sənədliliyi, daha doğrusu, ermənilərin əsir aldığı, bir müddət sonra erməni əsirləri ilə dəyişdilirən bir prokurorla söhbət üzərində qurulması ilə seçilir və bədiiyatdan daha çox faktlar baxımından diqqəti çəkir.
Ötən il realist üslubda yazılmış nümunələr sırasında müharibə problemindən, tarixdən bəhs edən əsərlərlə bərabər məişət mövzulu, sosial problemlərdən, onların  insan həyatına təsirindən bəhs edən əsərlər də çox idi.
Hüseynbala Mirələmovun «Cəza», Rövşən Yerfinin «Sel», Mehman Musabəylinin «Niftəlinin kəşfləri», Kamil Əfsəroğlunun «İt Qanı» povestləri, Ələsgər Davudoğlunun «Qumru», Mübariz Cəfərlinin «Div və cırtdan», Aydın Tağıyevin «100 ABŞ dolları», «Özünə oxşamayan adam» hekayələrində cəmiyyətdə yaranmış sosial-iqtisadi çətinliklər, məişət problemləri və bu problemlərin fərqli insan talelərində oynadığı faciəli rol araşdırılır. Ümumiyyətlə, ötən əsrin sonlarından başlayaraq, bu problem də nəsrin maraq dairəsindədir.  

Hüseynbala Mirələmovun «Cəza» povesti  canavar cütünü bir-birindən ayırdığı və dişi canavarı balalarını öldürdüyü üçün cəzasını alan – cəzalandırılan birindən, Sabir Əhmədlinin «Həmişə azadlıqda» romanı isə \vaxtilə bank müdiri vəzifəsinə qədər yüksələn, bu gün isə həbsxanadan çıxan və bütün qalan həyatını – eyni zamanlda həbsxanadakı həyatını şahmat haqqında kitab yazmağa sərf edən birinin taleyindən danışır.

Davamı...

PSİXOLOGİZMƏ MEYLİN NƏTİCƏLƏRİ

Yazar: cabbarlinergiz @ İyun 19, 2008 0:43

(2006-cı ildə dərc olunan nəsr əsərləri əsasında)

Konkret bir zaman ərzində yaranan əsərlər haqqında fikir yürütməli olan ədəbiyyatşünasın, tənqidçinin qarşısında həmişə müəyyən tələblər qoyulur və əldə olunan nəticə mütləq bu tələbləri əhatə etməlidir. Yəni fikir yürüdənin öz zövqü, baxışı və düşüncəsini əks etdirən istənilən nəticənin ümumi planında bir sıra vacib suallar var ki, mütləq cavablandırılmalıdır. O suallar isə bunlardır - bir il ərzində nəsr əsərlərinin uğradığı keyfiyyət dəyişikliyi, ədəbi posesin ümumi mənzərəsi fonunda bu dəyişikliyin məntiqi səbəbi və nəticələri, nəsr əsərlərinin əldə etdiyi yeni mövzu və problematika ilə yanaşı yeni poetik xüsusiyyətlər, forma, struktur dəyişiklikləri nədən ibarətdir. Həmçinin nəsrin əldə etdiyi yeniliklərdə  ümumi prosesin daxilindən qaynaqlanan və ya  xaricdən – dünyadan gələn təsirlərin rolu araşdırılmalı, fərqin, uğurun, yaxud uğursuzluğun nədən ibarət olduğu göstərilməlidir.
Amma bir ilin nəsri haqqında danışarkən bütün bu suallara birmənalı şəkildə cavab vermək çətindir.
Çünki bu il yazılan hər bir əsər bütöv və hələ də davam edən prosesin növbəti mərhələsi, bəlkə də o prosesi tamamlaya, haqqında təsəvvür yarada biləcək çalarıdır. Biz bu haqda artıq ötən illərin nəsri ilə bağlı danışarkən qeyd etmişdik.
Ötən əsrin son illəri və yeni əsrin əvvəllərində ədəbi prosesi yaxından izləyənlər bilirlər ki, xüsusilə nəsr əsərlərini bir il kontekstində yox, ümumilikdə böyük bir mərhələnin daxilində araşdırdıqda baş verən dəyişiklikləri görmək daha asan olur və çıxarılan nəticələr daha düzgün alınır.


Davamı...

AZAD OLAN ENERJİ

Yazar: cabbarlinergiz @ İyun 13, 2008 10:11

(2006-cı ildə çap olunan şeirlər əsasında)

  Gözəl söz demək istəyi ilə gözəl söz eşitmək (və ya oxumaq!!!) istəyi arasında elə bir böyük sərhəd yoxdur. İnsanı şairə çevirən də bu istəkdir, professional oxucuya (tənqidçiyə!!!) çevirən də.  Elə ona görə də yaxşı tənqidçilər ruhlarında bir az şair, bir az nasir, bir az da (əgər bacarsalar) dramaturq olurlar. Biz oxucuların (və ya tənqidçilərin) oxunan hər misrada, bitirilən hər əsərdə axtardığı isə bu istəyin uğurla reallaşan forması, incə bir dəqiqliklə gerçəkləşən görüntüsüdür\.
Amma düzünü deyim ki, ruhunda şeiriyyət daha çox olan biri kimi, mən şeirdə ifadə olunan ən qəliz ruhları, ən qarışıq düşüncələri belə (əgər istedadla ifadə olunubsa) duymağı, araşdırmağı, anlamağı və anlatmağı sevirəm. Sevmədiyim bir şey varsa, o da yaradılan əsərləri «illər çərçivəsinə» salmaq, qəlibə sığmayan şeir haqqında düşüncələri «qəlib» sərhədləri daxilində ifadə etmək, məhdudlaşdırmaqdı.
Amma «ötən ilin poeziyası haqqında danış» deyilərsə, bütün tənqidi fikirləri, bütün çatışmazlıqları, şeir olmayan və ya «az şeir» olan nümunələri (əksər hallarda onların müəlliflərini belə unuduram) bir kənara tullayıb ötən il ərzində curnallarımızda oxuduğum, yaddaşımda qalan yazılar əsasında bir neçə qənaətimi söyləyə bilərəm. Kitablara toxunmayacağam, çünki bu barədə ayrılıqda yazmışam (yazıram da). Beləliklə...

Davamı...


  Yazılar cəmi: 17    Sonrakı səhifə »