NƏRİMAN ƏBDÜRƏHMANLI:«Yazmaqdan başqa yol yoxdu» Ədəbiyyatda intiharın anatomiyası
Yazar: cabbarlinergiz @ İyun 19, 2008 1:05
«…Həyatdakı intiharla ədəbiyyatdakı intihar arasında oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə hər şey maraqdan başlayır. Sonra isə… Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər…»
Bu sitat artıq imzası ictimaiyyətə yetərincə tanış olan publisits, tənqidçi, tərcüməçi Nərgiz Cabbarlının «Ədəbiyatdan intihara» kitabındandı. Kitab haqqında yazmaya bilmədim., bunun da iki, daha doğrusu üç səbəbi var.
Əvvəla, Nərgic Cabbarlı mənim bəlkə də on il qabaq görmək istədiyim, amma vaxt tapıb görə bilmədiyim işi gördü, yaxşı mənada məni qabaqladı. Vaxtilə «Rezonans», sonra «Azadlıq», «Hürriyyət», «Avropa» qəzetlərində bu mövzuda bir silsiləli yazılar yazmışam, Ernest Heminquey, Vladimir Mafakovski, Yükoi Misma, Aleksandır Fadayevin… əbədi, həm də fiziki intiharını çsmağa çalışmışam, sonra həmin yazıları bir kitabada birləşdirməyi arzulamışam.
İkincisi, Nərgiz Cabbarlının demək olar, əksərin mətbuatdan oxuduğum bu yazılarını ədəbi kuluarlarda «tərcümə» adlandıranların insafsızlığını etirazımı bildirirəm. Rus ədəbiyyatında «pereskaz» adlanan bir janr var, bu janır oxuduqlarını, eşitdiklərini öz duyğularının süzgəcindən keçirib oxucuya yeni biçimdə təqdim eləməkdir. Təəssüflər olsun ki, bu janr bizdə hələ yetərincə formalaşmayıb, hələ heç adı da məlum deyil. Amma artıq xeyli örnəklər yaranıb: Əlisa Nicatın filosoflar, Şakir Yaqubovun dünya futbol ulduzları, Məmməd Süleymanovun müstəbid hökmdarlar, Yaşarın dünyanın ən məşhur zindanları və məhbusları… barədə portretləri həmin janrın get-gedə özünə yer tapdığını sübut eləyir. Nərgiz Cabbarlının yazıları da tərcümə yox, yetərincə istedadla qələmə alınmış yazılardı.
Üçüncü səbəb öz yazı-pozumla bağlıdı: vaxtilə il yarım qabaq Nərgiz xanımla «Ədalət» qəzeti üçün söhbətimiz olmuşdu. Axırı çıxılmazlıq, yalqızlıq barədə fikirlərlə qurtaran həmin söhbətdə «Yalqız» romanını bitirməkdə olduğumu demişdim. «Yalqız» qəhrəmanı da yazıçıdı, yaşadığı həyat, içində olduğu əbədi mühit onu da intihara gətirib çıxarır. Görünür, bu da təsadüf deyil.
Nərgiz Cabbarlı ötən il «Vektor» beynəlxalq elm mərkəzinin təsis elədiyi Şahmar Ələkbərzadə adına mükafata liyq görülüb. «Ədəbiyyatdan intihara» toplusun da şair, mesenat, professor Elçin İskəndərzadənin rəhbərlik elədiyi həmin mərkəz çapdan buraxıb. Bu adam təkcə itedadlı bir qələm adamının zəhmətini qiymətləndirmək baxımından yox, bütövlükdə ədəbiyyata xidmət cəhətdən diqqətəlayiqdir.
«… On ildən artıq apardığım araşdırmaların nəticələrini bir yerə toplayıb, onların üzərində yenidən işləmək və tapdığım faktların, talelərin bəzi nöqtələrdə bu qədər üst-üstə düşdüyünü… yenidən müşahidə etmək məni peşiman edə bilməzdi. Baxmayaraq ki, müəyyən məqamlarda intihar faktının təsir gücü aə buna aludəliyim qorxuma səbəb olub…» Nərgiz Cabbarlının topluya yazdığı önsözdəki bu etiraf ola bilsin, nə vaxtsa şüuraltı məni də çəkindirib, niyyətimi geçəkləşdirə bilməmişəm. Hər halda, Nərgiz xanım güclü çıxıb, topluna araya-ərsəyə gətiribsə, buna yalnız sevinirəm.
Topludakı portret -yazılar təkcə coğrafi əhatəsiylə yox, yazıçının intihara aparıb çsıxaran səbəblərin müxtəlifliyi də diqqəti çəkir. «Yapon yazıçıları üçün adi hal» olan intihar Yukio Misima, Akutaqava Rütoske, YasunariKavabatanın timsalında, qadın təvəkküründə intiharın yeri Marina Svetayeva, Karin Beye, Virciniya Vulf, Silviya Platin simasında, intiharın siyasət, müharibəyə bağlılığı Vladimir Mayakovski, Stefan Sveyq, Cezare Paveze, Ernest Heminquey, Artur Kastler, Peyo Yavorovun şəxsində məhəbbət, həqiqət axtarışında intihara aparıb çıxaran səbəblər Sergey Yesenin, Cek London və … «Bizim Sərdar Əsədin» taleyində oxuculara təqdim olunur. Şübhəsiz dünya ədəbiyyatında yaşam və yaradıcılıq əzablarından bezib özünə qəsd eləmiş yazıçılar bu siyahıya məhdudlaşmır, müəllifdən bu taleyi yaşamış qələm sahiblərinin hamısını bir kitaba sığışdırmağı tələb elmək absurd olardı. Bütövlükdə toplu yaradıcılıq əzabanını anatomiyasını göz önündə canlandırır, elə Nərgiz Cabbarlının başlıca uğuru da bundadı.
Əslində, intihara təkcə insanın özünə əl qaldırması deiyl. Əgər yaradıcı adam həyatla barışa bilməyib, özünü yaşamın şikarına çevirirsə, bu da intihardı. Məncə, Artur Rembonun, Frans Kafkanın, Andrey Platonovun, Nikolay Rubtsovun… taleyi də intihardı. Əgər yaradıcı adam xoşbəxt həyat sürürsə, deməli, o ya əsl yaradıcı deyil, ya da gələcəkdə unudulmağa məhkumdur. Lev Tolstoy demiş, bütün xoşbəxt adamlar bir-birinə oxşayırlar…
Nərgiz Cabbarlının kitabını bir də oxudum, yaradıcılıq əzabının vahiməsi bütün vücuduma hakim kəsildi. Müəllifin önsözdə istəyinə nail olub-olmaması özünə verdiyi sual cavabını qəti qənaətimlə tapdım: nail olub! Bu uğuruna, həm də mənim çoxdankı arzumu gerçəkləşdirdiyinə görə həmişə qələminə hörmət bəslədiyim Nərgiz xanım Cabbarlıya minnətdarlığımı çatdırıram.


