Güllər də insan kimidir. Bir var baharın gətirdiyi güllər - torpağın istisindən, günəşin işığından, baharın nəfəsindən doğulub bitən güllər. Bir də var - qarlı qışın şaxtasından, sazağından keçi baharı gətirən güllər… Çox sevdiyim güllərdən biri olan nərgiz gülünü görəndə, ətrini duyanda həmişə yadıma həyatın qışından keçib ömrə bahar gətirən insanlar düşür… bugünkü ədəbi tənqidmizin də bir Nərgizi var. Nərgiz Cabbarlı!
Bakı Dövlət Universitetinin filologiya fakültəsini eyni ildə bitirmişik. Hələ tələbəykən Nərgizi tanıyırdım, amma onun bu qədər istedadlı olduğunu bilmirdim. Sonralar «168 saat» qəzetindəki yazılarını ara-sıra oxuyardım. Diqqəti çəkən portret \cizgiləri var idi. Bir də qezet üçün şeir səhifəsi hazırlayırdı. O zaman mən də ona bəzi gənclərin şeirlərini vermişdim, çap eləmişdi. Hətta bir dəfə «Ay işığı» adlı bir buraxılış da hazırlamışdı…
Bu yaxınlarda Nərgiz mənə iki kitabını verdi: «Ədəbiyyatdan intihara» və «Yeni nəsil ədəbiyyatı».kitabları adətim üzrə vərəqlədim. Amma ertəsi gün hiss elədim ki, vərəqləməklə, adını siyahıya yazmaqla işim bitməyib. Kitabları bir də götürüb diqqətlə oxudum.
«Ədəbiyyatdan intihara». Məhz intihar etmiş yazıçılar haqqında yazmaq, görəsən, Nərgizin ağlına hardan gəlib? Yukio Misima, Runeske Akutaqava, Yasunari Kavabata haqqında söhbət açılan birinci fəsildə müəllifin yapon yazıçıları üçün adi hal hesab etdiyi intihar ön plandadır. Düzünü deyim, bu yazıçıların heç birini oxumamışam, hardasa sadəcə adlarına rast gəlmişəm.

Davamı...

HAQQIMDA YAZILANLAR | Şərhlər(4)
Baxış sayı: 298
Açar sözlər:

Azərbaycan mətbuatı, ədəbi ictimaiyyəti Nərgiz Cabbarlının imzasını yaxşı tanıyır. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan "Yaddaş " qəzetinin baş redaktorudur. Həmçinin o, ardıcıl olaraq müasir ədəbi prosesin tədqiqi və tənqidçiliklə məşğuldur. Onunla Azarbaycan jurnalistikasının mövcud duruınu, həmçinin müasir ədəbi prosesin qayğıları ilə bağlı söhbətləşdik.

- Hər şeydən əvvəl yaxınlaşmaqda olan Milli Mətbuat güııü ərəfəsində bu sahədəki qayğlarımızı bölüşək.
- Mətbuatın qayğıları demək olar, hər birimizə yaxşı tanışdır. Qayğların başında maliyyə durur. Bu, indinin problemi deyil. Mətbuata gəldiyim ilk gündən hansı problemlərlə rastlaşmışamsa, yenə də həmin problemlər mövcuddur, dəyişməyib. Bununla belə, Azərbaycan mətbuatının daim inkişafda olması danılmazdır. Nəşr olunan qəzetlərin sayı və dövriliyi artıb. Müəyyən qəzetlər qəzet bazarında yerlərini tutublar. Amma müəyyən problemlər var ki, onlar hələ də dəyişməyib. Sözün düzü, özümü həmişə mətbuat işçisindən daha çox ədəbiyyatçı sanmışam. Qəzetlərdə işlədiyim dövrdə daha çox Azərbaycan mədəniyyəti ilə bağlı yazılar yazmışam.


Davamı...

MÜSAHİBƏLƏR | Şərhlər(2)
Baxış sayı: 254
Açar sözlər:

Nərgiz Cabbarlı: «İntihar mövzusunda araşdırmalar bir jurnalist marağım idi»

Elçin Qaliboğlu

Ədəbiyatın neçə yüz illərdir daim əbədiyyəti ifadə etmək istəyi təbiidir. Bu mənada yaradıcı insanda inam xüsusi əhəmiyyət kəsb edir. Oxucu yaradıcının əsərini oxuyur, onun qəhrəmanının şəxsində yazıçının şəxsiyyətinə, halına vurulur, uzun müddət həmin təsirdə qalır. Amma birdə görürsən ki, oxucu yazıçıya o qədər aludə olur ki, onun ömründə ən balaca, naşı məqamı görəndə belə sarsılır. Ədəbiyyatın hər hansı bir yaradıcısının şəxsində nə çağırdığının və çağıranın halı var. Çox zaman oxucu həmin çağıranı halını musiqi kimi dinləmək istəyir. Ömür də musiqi kimidir. Bu əsnada oxucu xüsusən «ömür adlanan çayını kəsən» yazıçının yaşamaqdan bezginliyini, intiharını görəndə sarsılır. Bütün hallarda isə insanın fikri yaşamaq istəyi, eşqi var ki, onu heç zaman tərk etmir.
Nərgiz Cabbarlının neçə illər ərzində mətbuatda yarı-ayrı yazılar şəklində dərc etdirdiyi araşdırmaları bir neçə il əvvəl «Ədəbiyyatdan intihara» adı altında kitab olaraq işıq üzü gördü.Bu kitabda tanınmış yazıçıların ömründə və yaradıcılığında intihara meyillilik, intiharı onların ömründə gerçəkləşdirən amillər əksini tapmışdı. Nə yaxşı ki, oxucuların çoxu intihar etmiş yazıçıların ömrü kimi ömrünü başa vurmaq istəmir.Hər halda belə məqamlar müxtəlif tempramentli insanların əhvalına bu və ya digər səviyyədə təsir edir. Amma insanın mənəvi axtarışları heç zaman səngimir, səngimək də bilmir. Ədəbiyyat adamları daim fikirləşməlidirlər: görəsən ədəbiyyat insanını mənəvi durumundan çıxması üçün neyləməlidir? Şübhəsiz ki, ədəbiyyat adamının ilk növbədə öz əhvalına yiyəlik etməsi zəruridir. 


Davamı...

HAQQIMDA YAZILANLAR | Şərhlər(0)
Baxış sayı: 208
Açar sözlər:

Nərgiz Cabbarlı, Yeni nəsil ədəbiyyatı. «Elm», Bakı, 2006 
Nərgiz Cabbarlı, Ədəbiyyatdan intihara. «Vektor» Nəşrlər Evi, Bakı, 2006

Hər bir tənqidçinin ümdə arzusu ədəbi prosesi bacardıqca ehtiva etmək, çağın ədəbiyyatı haqqında sözünü demək, hökmünü verməkdir; bunu etiraf etsə də, etməsə də. Son illərin ən məhsuldar ədəbiyyat yazarlarından olan Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı» kitabı da az və ya çox bu iddianı ortaya qoyur. 

«Yeni nəsil» poeziyası - Azərbaycan şeirinin inkişaf meylləri», «2005-ci ilin nəsri», «Yeni nəsrimiz», «Oxşarlar, paralellər», «Qarabağdan gələn var»… - kitabın «Ədəbi tənqid» bölməsini açan bu yazılar son illərin poeziya və nəsrində nə var, tənqidçinin nəzərləri ilə ortaya qoyur. Bölmənin əsas materiallarını N.Cabbarlının özünün vurğuladığı tək, on il ərzində mətbuatda dərc elətdirdiyi ədəbi yazılar təşkil edir; müəllif onları «məqamlar»a düzür: «Tanımaq istədiyim Muğanna», «Qulu Ağsəsin ərki», «Üçüncü günün adamı Orxan Fikrətoğlu», «Vaqif Səmədoğlunun suallar poeziyası», «Aqşin və yeni şeir», «Rəsmiyyə Sabirin «Həbs olunmuş sükutu» və s. 

Bir sıra yazılar problem ətrafında ədəbi situasiya yaratmağa çalışır: «Azərbaycan yazıçısının erməni qızına məhəbbəti»; «Müharibə və ədəbiyyat», «Ədəbiyyatda qadın məsələsi», «Ədəbiyyat və siyasət» və s. Bəzi yazılar isə vaxtilə ədəbi həftələrə şərh kimi ərsəyə gəlmiş: «Yoxdur nidasının əvəzlənməsi», «Ədəbiyyatımız - həftələrdə», «Yenə də ədəbiyyat, yenə də bir həftə» və s. 

Şəksiz, N.Cabbarlının kitabı gərəyincə ədəbi tənqid stixiyasının içindədir; burda: nə, kim, harda, necə, neçə-neçə… məqamlarına rast gəlmək olar; stixiyadan baş açmaq istəyirsə, oxucu kitaba baş vurmalıdır. Bir zaman ədəbi prosesin ağı-bozu seçilməyən fakt mənzərəsini Vaqif Yusifli tənqidindən almaq olurdusa; hazırda cavan tənqidçinin işi uğurla onu əvəz etmədə.

Kitabın adı çağırır: «Yeni nəsil ədəbiyyatı»; amma yaşın bir fərqi yox, deyək: «Ədəbi portretlər» bölməsi əksərən ədəbiyyatda yaşı olanlara üz tutur: «Yol olanadək yol gedən Nurəngiz», «Şeirləri ruhu kimi gəzən Tofiq Abdin», «Fikrət Qocanın unudulmaz misraları» və s.

«Dünya ədəbiyyatı» bölməsində N.Cabbarlının ədəbi jurnalist fəaliyyəti qabarıqdır: «Misimanın sirli dünyası», «Markes və şəxsiyyətin ikiləşməsi problemi», «Qoruyucu mələk» həsrətli Saqan» və s. yazılar çağdaş dünya ədəbiyyatı tanınmışları barəsində informasiyaları milli oxucuya ünvanlayır. 

Bu məqamda Nərgiz Cabbarlının daha bir kitabını oxucuya xatırlatmaq gərəkdir: «Ədəbiyyatdan intihara». Kitab çıxar-çıxmaz buradakı yazıların rus mətbuatından olması barəsində fikir yürüdənlər oldu. Amma unutmamalı: hələ ki, dünya ədəbiyyatı inofrmasionuna aparan başqa bir yolumuz da yox. Oxucu məhz N.Cabbarlıya minnətdar olaraq həmin kitabda yol olaraq intiharı seçmiş: Y.Misima, R.Akutaqava, Y.Kavabata, M.Svetayeva, K.Boye, V.Vulf, S.Plat, V.Mayakovski, S.Sveyq, Ç.Paveze, E.Heminquey, A.Kestler, P.Yavorov, S.Yesenin, C.London «və bizim Sərdar Əsəd»i daha yaxından tanıya bilirlər. Nəyi pisdir?!

 Mart 2007

HAQQIMDA YAZILANLAR | Şərhlər(5)
Baxış sayı: 285
Açar sözlər:

YARIMÇIQ QALMIŞ YAZI

Səbrim kəsildi haqdan,
Bezdim,
bezdim daha
Özümü qorumaqdan,
İçimi qorumaqdan.
Mən həmişə oxumaq acı olmuşam. Zaman-zaman özümü həmişə oxumağa vadar edib bəzən bundan çəkinçəm də, bezsəm də, əlimdən qoyuduğum bir şeirin, bir əsərin ardınca gözüm başqa birini axtarıb. Daha dəyərlisini, daha gözəlini. Hər dəfə də (müəllifin azərbaycanlı və ya xarici olmasından asılı olmayaraq) hansınınsa yaradıcılıq üslubuna aludə olmuşam, hansınınsa özünüifadə oricinallığına, hansınınsa əksinə, adi və sadə dillə qəliz mətləbləri anladan fəlsəfəsinə…
Amma elə şairlər də olub ki, sözündə sözümü, şeirində özümü, ifadəsində əksimi görmüşəm. Çünki içimdən gələni, içimdə yaşayanı qələmə alıb. Səmimiyyətlə, uğurla, sadəliklə…
Eyni acını yaşadığımızdan, eyni ağrını daşıdığımızdan, eyni çıxılmazlığı hiss etdiyimizdən həmən şairi bir köynək yaxın bilmirəm özümə. Əkizim bilmişəm. Elə bilmişəm həyatın eybəcərliyindən nəfəsi tıncıxan an nəfəsim tutulub, ürəyi sıxıldığını oxuduqda ürəyinin döyüntüsünün azadlığını hiss etmişəm. Çünki duyduqlarımın, yaşadıqlarımın və yazmaq istədiklərimin əksini. Surətini görmüşəm bu yaradıcılıqda. Əksər halda… birər-birər… Güzgüdəki kimi…
Dincə qoymaq istəyirəm
canımı hərdən.
Dincə qoymaq istəyirəm
abrımı,
insafımı,
vicdanımı hərdən.
nə var unudum yaxşı-yaxşı
nə pis olum, nə yaxşı.
Bəzən çaşmışam da. Hətta bəzən (bu məqamda bir-birimizi üzbəsurət görməsək də) elə bilmişəm məni yazıb, mənim haqqımda yazıb. Özümü özümə göstərmək və özümü özümə daha yaxşı tanıtmaq üçün qələmə alıb bu fikirləri. Çaşmışam, çevinmişəm, kədərlənmişəm.Çaşmışam ona görə ki, nadir hallarda - həttta gözəl şeirlər çox oxusam da, -ruh yaxınlığı tapa bildiyin şairlər olur. Xüsusilə də abırlı (Sözün ağırlığına görə məndən inciməsinlər). Sevinmişəm ona görə ki, həyatda belələri var. Kədərlənmişəm ona görə ki, azdılar, az… saflığı qorumaq, içində nə isə saf bir guşə saxlamaq, oranı çirkləndirməmək üçün çaba göstərmək, nəyəsə nail olmaq istəyində və bacarığında olanlar azdılar… Az…
Gör necə didibdir buy az gülünü,
Canında salamat bir yeri  yoxmuş.
Tanımır, İlahi, içim çölümü,
İçimin çölümdən xəbəri yoxmuş.
Hətta bu dəhşəti duyub dilə gətirənlərdən daha artıq az. Hər halda, «içinin çölündən xəbəri olmadığını», zətta xəbəri olsa bəlkə də… nə bilim utanacağını, xəcalət çəkəcəyini, ya da əksinə, təsəlli tapacağını (bu məqamda fikir sonna yetrməyib) etiraf etmək gücünə sahib olanların azlığını mən bilirəm…

Davamı...

ƏDƏBİ PORTRETLƏR | Şərhlər(2)
Baxış sayı: 302
Açar sözlər:

Blog Haqqında

cabbarlinergiz
Tənqidçi, publisist, tərcüməçi Nərgiz CABBARLI (Cabbarova Nərgiz Mərdan qızı). Sumqayıt şəhərində anadan olub. 26 saylı orta məktiəbi və M.Ə.Rəsulzadə adına BDU-nin filologiya fakültəsini bitirib.
Üç kitab müəllifidir, "Ədəbiyyatdan intihara" və "Yeni nəsil ədəbiyyatı" kitabları 2006, "Yeni nəsil ədəbiyyatı-2" kitabı isə 2008-ci ildə işıq üzü görüb.

Açar sözlər

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 1016
Dünənki hit: 26
Bugünki hit: 41
Ümumi hit: 6946

Müxtəlif